İqor Konaşenkov: "NATO ölkələri tərəfindən Ukraynaya hərbi texnika daşınmasının qarşısını almışıq"


  • 27 Yanvar 2023 17:57

"NATO ölkələri tərəfindən Ukraynaya hərbi texnika daşınmasının qarşısını almışıq".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

O bildirib ki, ötən gün Ukraynanın raket atəşinə tutulması ilə Rusiya öz hədəfinə nail olub: "Bu hücumlar nəticəsində NATO ölkələrinin tədarük etdiyi silahlar da daxil olmaqla, döyüş bölgələrinə silah və sursatların daşınmasının dayandırılıb".

Konaşenkov Rusiya hava hücumundan müdafiə sistemlərinin Uqledar qəsəbəsi yaxınlığında Ukrayna ordusuna aid Su-25 model döyüş təyyarəsini vurulduğunu qeyd edib: “Bu günə qədər 380 təyyarə, 204 helikopter, 2 min 967 PUA, 402 hava hücumundan müdafiə raket sistemi, 7 min 644 tank və zirehli texnika, nəqliyyat vasitələri, 991 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 3 min 932 haubitsa və minaatan, 8 min 191 şəxsi hərbi texnika məhv edilib".

Qeyd edək ki, Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı isə ötən gün verdiyi açıqlamada yanvarın 26-da Rusiya tərəfindən Ukrayna ərazisinə 55 raket atıldığını, onlardan 47-nin zərərsizləşdirildiyini bildirmişdi. Həmçinin Rusiya ordusuna məxsus 24 PUA-nın Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edildiyini qeyd etmişdi. Həmçinin hücumlar nəticəsində 11 nəfərin öldüyü, daha 11 nəfərin isə yaralandığı bildirilmişdi.

Eltac Nurullazadə

Oxşar xəbərlər