Rusiyanın müharibədəki itkilərinin yeni sayı açıqlandı


  • 29 May 2023 11:46

Son sutkada Ukraynada Susiya Silahlı Qüvvələrinin 430 hərbçisi məhv edilib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Beləliklə, Rusiya ordusunun müharibədəki canlı qüvvə itkisi 207 030 nəfərə çatıb.

Bundan başqa, Rusiya indiyədək müharibədə 3 801 tank, 7 467 zirehli maşın, 3 054 operativ-taktiki PUA, 3 435 artilleriya sistemi, 575 reaktiv yaylım atəşi sistemi, 331 hava hücumundan müdafiə sistemi, 1015 qanadlı raket, 309 təyyarə, 295 helikopter, 18 gəmi/qayıq, 6 207 avtomobil və tanker, 453 xüsusi texnika itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər