Antalyada güclü yağış yağıb, evləri su basıb - FOTO


  • 30 May 2023 09:25

Türkiyənin Antalya şəhərində güclü yağış bir sıra fəsadlar törədib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarından yağan yağış nəticəsində bir sıra küçələri su basıb.

Konyaaltı rayonunda yağışın daha güclü olduğu bildirilir. Bəzi evləri və iş yerlərini su basıb. Binalardan birinin istinad divarı uçub.

Eyni zamanda nəqliyyatın hərəkəti iflic olub.

Yağışın fəsadlarının aradan qalıdırılması istiqamətində işlər görülür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər