- 9 Oktyabr 23:29
Türkiyənin Kayseri şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şerife Bacı Peşə və Texniki Anadolu Liseyində təhsil alan 7 şagird halsızlıq və ürək bulanması şikayəti təcili tibbi yardıma müraciət edib.
Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan şagirdlərə qida zəhərlənməsi diaqnozu qoyulub. Müalicədən sonra onların evə buraxılacağı bildirilib.
Şagirdlərin məktəbin yaxınlığındakı restorandan dönər yedikdən sonra vəziyyətlərinin pisləşdiyi qeyd olunub.
Şəbnəm Mehdizadə