- 8 May 20:08
Türkiyənin Kocaeli şəhərində avtobusun aşması nəticəsində 9 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Dilovası rayonunda fəhlələri daşıyan avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü və 8 fəhlə yaralanıb.
Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəza səbəbiylə magistral yolda nəqliyyatın hərəkəti bir müddət dayanıb.
Şəbnəm Mehdizadə