- 19:27
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 56 terrorçu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Beləliklə, bu il zərərsizləşdirilən terrorçuların sayı 2 min 32-ə çatıb.
Bundan əlavə, keçən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan 6 PKK terrorçusu Habur sərhəd məntəqəsinə təslim olub. Bununla da ilin əvvəlindən təslim olan terrorçuların sayı 119-a çatıb.
Nazirliyin açıqlamasında, 2023-cü ildə əməliyyat bölgələrində terrorçular tərəfindən 467 atəş açıldığı bildirilib. Türkiyə əsgərlərinin cavabı ilə 27 terrorçu zərərsizləşdirilib. Son bir ildə 1 435 terrorçu zərərsizləşdirilib.
Son bir həftədə, həmçinin qeyri-qanuni yollarla Türkiyəyə keçməyə cəhd edən 212 nəfər tutulub. Bundan başqa, 2 min 367 nəfərin sərhədi qanunsuz keçməsinin qarşısı alınıb.
Şəbnəm Mehdizadə