İki sərnişin avtobusu toqquşub, 18 nəfər yaralanıb


  • 8 Dekabr 2023 16:44

Türkiyənin Şırnak şəhərində iki sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kumçatı qəsəbəsində qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Yaralılar Şırnak və Cizre Dövlət Xəstəxanalarına aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər