- 16 Mart 23:10
Türkiyənin Antalya şəhərində məktəbdə yanğın hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Antalyanın Alanya rayonunda, özəl məktəblərdən birində qeydə alınıb.
Məktəbin birinci mərtəbəsində boş sinif otağında başlayan yanğın qısa müddətdə digər 3 otağa da keçib.
Məktəbə dərhal polis və yanğınsöndürmə briqadaları göndərilib.
Yanğınsöndürmə qruplarının müdaxiləsi nəticəsində yanğının qarşısı qısa müddətdə alınıb.
Yanğın nəticəsində 3 sinif otağı yararsız hala düşüb.
Şəbnəm Mehdizadə