Papua Yeni Qvineyada 2 min insan yerin altında qalıb


  • 27 May 12:31

Papua Yeni Qvineyada torpaq sürüşməsi altında qalan insanların sayı 2 mini keçib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Papua Yeni Qvineya Milli Fəlakət Mərkəzi məlumat yayıb.

Məlumatda təbii fəlakətin böyük dağıntılara səbəb olduğu bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə isə sürüşmə zamanı 150 ev torpaq altında qalıb..

Qeyd edək ki, mayın 24-də Papua Yeni Qvineyanın şimal-qərbində yerləşən Enqa vilayətinin Kaokalam kəndində torpaq sürüşməsi baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər