Rusiya XİN: ABŞ Ermənistanı görünməmiş canfəşanlıqla ələ keçirməyə çalışır


  • 12 İyul 2024 20:01

ABŞ Ermənistanı görünməmiş canfəşanlıqla ələ keçirməyə çalışır.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Amerika rəsmilərinin İrəvana səfərləri estafet rejiminə keçib.

M. Zaxarovanın sözlərinə görə, amerikalılar arasında əvvəllər belə aktivlik müşahidə olunmayıb:

"Birləşmiş Ştatlar əvvəllər belə səxavətlilik göstərməyib. Onlar sizə qərar qəbul etməkdə kömək edəcəklər, lakin maraqlarınızı nəzərə almadan ərazinizdən, resurslarınızdan və imkanlarınızdan istifadə edəcəklər”.

Mənbə: APA

Oxşar xəbərlər