Avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluq edən şəxs saxlanıldı


  • 17:57

Paytaxtın Nəsimi rayon sakini polisə müraciət edərək ona məxsus “Hyundai” markalı avtomobildən pul və bank kartının talanmasını bildirib.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bayramov saxlanılıb.

Araşdırmalarla onun avtomobilin qapısının açıq olmasından istifadə edərək talama cinayəti törətdiyi məlum olub.

Bununla kifayətlənməyən E.Bayramov oğurladığı bank kartından da *479* manatı çıxararaq talayıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər