- 13:40
Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb.
Tovuz Rayon Prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb.
İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
Tovuz rayonunda silahlı insident baş verib.
E-huquq.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Ülvi İsayev adlı şəxs bibisi, 1961-ci il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.
Hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb.
İlkin məlumata görə, əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.