Saatlı və Ağcabədidə ev yandı


  • 27 Oktyabr 2021 21:02

Saatlı rayonunun Soltanabad kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Ağcabədi rayonunun Cəfərbəyli kəndində ümumi sahəsi 224 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 124 m² sahədə, mətbəxində 6 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər