Gəncədə narkoman cinayət məsuliyyətindən yayınmaq üçün həyatına qəsd etdi


  • 28 May 21:11

Gəncə şəhərində əvvəllər dəfələrlə narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyevin cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.

E-huquq.az xəbər verir ki, ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərinin şikayətlərinin geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib.

Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdinin qarşısı alınıb və o xəstəxanaya yerləşdirilib.

Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb.

Hazırda aidiyyəti üzrə hadisənin təfərüatları araşdırılır.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Mənbə: APA

Oxşar xəbərlər