- 21:46
"Media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüfki vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyildir".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumda deyib.
O bildirib ki, xüsusən televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb.
"Göstərilənlər nəzərə alınaraq, bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədi ilə yaxın zamanda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub", - deyə S.Hacıyev qeyd edib.