"Hakimlərin çıxardığı məhkəmə qərarları ilə bağlı Ədliyyə Nazirliyinə şikayət edilməməlidir"


  • 24 Yanvar 2022 13:21

"Hakimlər müstəqil fəaliyyət göstərir, onların çıxardığı qərarlar barədə Ədliyyə Nazirliyinə şikayətlərin edilməsi mümkün deyil".

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, bəzi hallarda vətəndaşlar hakimlərin çıxardığı qərarların ədalətsiz olması barədə nazirliyə şikayətlər yazırlar: "Hakimlərin çıxardığı qərarların Ədliyyə Nazirliyinin fəaliyyətinə aidiyyəti yoxdur. Məhkəmə hakimiyyəti müstəqildir. Hakimlərin çıxardığı qərarlar barədə şikayətlərin bizə daxil olması mümkünsüzdür. Xahiş edirəm ki, dəyərli vətəndaşlarımız bunu nəzərə alsınlar. Hakim müstəqil şəxsdir, müstəqil fəaliyyət göstərir".

Oxşar xəbərlər