Nazirliyin sabiq vəzifəli şəxsləri Ali Məhkəməyə müraciət etdi


  • 24 Yanvar 2023 17:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri Oruc Məmmədova və Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində keçmiş baş mütəxəssisi Münəvvər Cabbarova barələrindəki qərardan kassasiya şikayəti verib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, onlar Ali Məhkəməyə müraciət edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Şikayətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Sumqayıt Ağı Cinayətlər Məhkəməsinin hökmünə əsasən, O.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib, M.Cabbarovaya isə şərti cəza verilib. Apellyasiya instansiyası onların şikayətini təmin etməyib.

Baş Prokurorluğun 2020-ci ildə yaydığı məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.

17 dekabr 2020-ci il tarixdə O.Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri, M.Cabbarovaya isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Eltac Nurullazadə

Oxşar xəbərlər