“Aztəminatlı şəxslərin mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında dövlət hesabına vəkillə təmin olunması aktualdır”


  • 26 Yanvar 2023 14:42

"Ədalətli sübutların təqdim edilməsi, şikayətlərə dair tələblərlə bağlı sərtləşdirici dəyişikliklərin edilməsi vəkil xidmətlərini ödəmək üçün imkanı olmayan əhalinin aztəminatlı hissəsinin dövlət hesabına hüquqi yardımla təmin edilməsi məsələsini daha da aktuallaşdırıb".

Bunu e-huquq.az-a müsahibəsində Ali Məhkəmənin sədri Ramiz Rzayev aztəminatlı şəxslərin mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da dövlət hesabına hüquqi yardımla təmin olunması barədə təkliflərə münasibət bildirərkən deyib.

O bildirib ki, təklif edilən dəyişikliyin qəbulunun həlli üçün bir sıra amillərə kompleks yanaşma və həll tələb olunur.

"İlk növbədə, maddi-texniki təminat həll edilməli, vəkillərin yerlərdə say həddi artırılmalı, cəmiyyətin hüquqi inkişaf səviyyəsi nəzərə alınmalı və sui-istifadə hallarının qarşısının alınması mexanizmi işlənib hazırlanmalıdır. Ona görə də, bu sahədə qərar qəbul etməzdən əvvəl beynəlxalq təcrübənin dərindən araşdırılması və təhlil edilməsinə zərurət olduğunu düşünürəm. Bu qeyd edilənlərlə yanaşı bildirmək istəyirəm ki, ümumən biz məhkəmə hakimiyyəti olaraq işlərdə vəkillərin iştirakında maraqlıyıq. Çünki birinci instansiya məhkəmələrində vəkillərin iştirak etməsi işlərə daha keyfiyyətli baxılmasına kömək edir", - deyə sədr vurğulayıb.

Oxşar xəbərlər