- 9 Sentyabr 17:49
Ağdamda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirlən Səbuhi Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları keçirdiyi əməliyyat tədbiri ilə qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən Səbuhi Vəliyevi saxlayıblar. Onun yaşadığı ünvandan isə 53 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə