Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün istintaqı başa çatdı


  • 26 Sentyabr 2023 16:10

Ağcabədidə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Süleyman Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi mateialları baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Sulduz Ləzimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Hindarx qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Fərəcov Natiq Fəqani oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 1999-cu il təvəllüdlü Fətəliyev Süleyman Yelmar oğlunun idarə etdiyi “MG” markalı avtomobil toqquşub. Nəticədə “MG” markalı avtomobildə olan sərnişin Q.Həsənova hadisə yerində ölüb, digər sərnişin K.Məmmədova və “Mercedes-Benz” markalı avtomobilin sürücüsü N.Fərəcov xəsarət alıb. S.Fətəliyeva qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər