"Qarabağ Təhsil Mərkəzi" cərimələnə bilər


  • 11 Dekabr 2023 10:42

"Qarabağ Təhsil Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mahir Niftəliyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Qarabağ Təhsil Mərkəzi" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər