Xaçmazda qohumunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 21 İyun 13:38

Xaçmazda qohumunun qətlində təqsirləndirilən Tofiq Balacayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 2-də keçiriləcək.

Qeyd edək ki, Tofiq Balacayev aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər