Məhkəmə evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək


  • 10 İyul 18:08

Abşeronda evlərdən oğurluq etməkdə təqsirləndirilən Rəsul Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Vaqif Həsənovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Rəsul Məmmədov Abşeron rayonun Masazır qəsəbəsində yerləşən evlərdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər