Məhkəmə arvadını beşinci mərtəbədən ataraq öldürən Ramiz Taxveli ilə bağlı qərar verdi


  • 16 İyul 2024 16:13

Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən “Buta Palace”ın keçmiş art direktoru, mərhum Ramiz Taxveliyə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökumə əsasən, o dünyasını dəyişdiyinə görə cəzad azad edilib.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı həyat yoldaşı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib. Taxveli bu yaxınlarda müalicə aldığı psixiatriya xəstəxanasında dünyasını dəyişib.

Məhkəmə onun barəsində aparılan işə xitam vermək istəsə də, R.Taxvelinin hüquqi varisi - anası oğlunun ölümündən sonra bəraət almasını istədiyi üçün məhkəmə prosesinin davam etdirilməsini istəyib.

Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi.

Orxan Rasifoğlu

Oxşar xəbərlər