Deputat Milli Məclisdə vəkillərin sosial problemlərini qaldırdı


  • 31 May 2021 11:55

"Əlbəttə son dövrlər ciddi işlər görülüb, xüsusən cənab Prezidentin 22 fevral 2018-ci il Sərəncamından sonra, bu səhədə dəyişiklər göz önündədir. Mən Kollegiya rəhbərliyinin cənab Prezidentin Sərəncamda nəzərdə tutulmuş tövsiyyələrinə uyğun fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda, hesab edirəm ki, biz bu Sərəncama daha çox yol xəritəsi kimi kimi baxıb daha da ciddi addımlar atmalıyıq, məsələn dövlət hesabına hüquqi yardıma ayrılan məbləğ artırılmalıdır".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən həftə Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi məhkəmə-hüquq sistemi adına mühüm addım oldu: "Əlbəttə, bu məsələyə biz texniki tərəfdən baxmamalıyıq, ölkədə güclü və ədalətli məhkəmə sistemi formalaşdırılmasında ali siyasi iradənin mövcudluğunun göstəricisidir. Hesab edirəm ki, belə bir yüksək iradənin mövcudluğu şəraitində məhkəmə-hüquq sisteminin ayrılmaz həlqəsi olan müstəqil vəkillik institunun inkişafı istiqamətində də addımlarımızı intensivləşdirməliyik".

Deputat hesab edir ki, bu gün Azərbaycanda vəkilin vergisi və sosial ödənişi əksər peşə sahiblərindən daha çoxudur, bu məsələyə diqqət yetirilməlidir: "İndi hökumətin maliyyə bloku burdadır, mən onlardan bu məsələləri nəzarətə götürməyi xahiş edirəm. Çünki cəmi 2000-dən bir qədər çox vəkil var, onların artıq vergi və sosial ödənişi büdcə üçün bir əhəmiyyət daşımır, əksinə pandemiya sonrası vəkillər üçün müəyyən güzəştlər vacibdir".

Sevgül Qasımzadə

Oxşar xəbərlər