Məişət zorakılığına məruz qalanların pulsuz hüquqi yardım alması ilə bağlı layihə Nazirlər Kabinetinə təqdim olundu


  • 12 Yanvar 2022 15:49

"Məişət zorakılığına məruz qalanların məhkəməyə əlçatanlığının təmin olunması, onların pulsuz hüquqi yardım alması ilə bağlı təkliflərdən ibarət sənəd Nazirlər Kabinetinə təqdim olunub".

E-huquq.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bu, məişət zorakılığının qarşısının alınması və ya müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində daha düzgün addımların atılması üçündür: "Məişət zorakılığı ilə bağlı hüquqi baza var, amma burada nüanslar var ki, onları dəyişdirmək lazımdır".

Oxşar xəbərlər