Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı yenilənib


  • 21 May 17:45

Nazirlər Kabineti 21 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nı yeniləyib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, yeni siyahı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə:

1.1. Azərbaycan Respublikasının Təhsil İnstitutu;

1.2. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ElmiTədqiqat İnstitutu;

1.3. Bakı Dövlət Universitetinin Fizika Problemləri ElmiTədqiqat İnstitutu;

1.4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” ElmiTədqiqat İnstitutu;

1.5. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu;

1.6. Elm və Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” elmi tədqiqat laboratoriyası;

1.7. Fizika İnstitutu;

1.8. Riyaziyyat və Mexanika İnstitutu;

1.9. İdarəetmə Sistemləri İnstitutu;

1.10. Radiasiya Problemləri İnstitutu;

1.11. İnformasiya Texnologiyaları İnstitutu;

1.12. Biofizika İnstitutu;

1.13. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;

1.14. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;

1.15. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

1.16. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

1.17. Polimer Materialları İnstitutu;

1.18. Geologiya və Geofizika İnstitutu;

1.19. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;

1.20. Təbiət Tarixi Muzeyi;

1.21. Neft və Qaz İnstitutu;

1.22. Botanika İnstitutu;

1.23. Zoologiya İnstitutu;

1.24. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;

1.25. Mikrobiologiya İnstitutu;

1.26. Dendrologiya İnstitutu;

1.27. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

1.28. Genetik Ehtiyatlar İnstitutu;

1.29. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;

1.30. İqtisadiyyat İnstitutu;

1.31. Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan);

1.32. Bioresurslar İnstitutu (Naxçıvan);

1.33. Batabat Astrofizika Rəsədxanası (Naxçıvan);

1.34. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə);

1.35. Bioresurslar İnstitutu (Gəncə);

1.36. Aqrar Problemlər İnstitutu (Gəncə);

1.37. Nəbatat Bağı (Gəncə).

2. Azərbaycan Milli Elmlər Akademiyası üzrə:

2.1. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

2.2. Nəsimi adına Dilçilik İnstitutu;

2.3. Folklor İnstitutu;

2.4. Memarlıq və İncəsənət İnstitutu;

2.5. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

2.6. Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu;

2.7. Arxeologiya və Antropologiya İnstitutu;

2.8. Fəlsəfə və Sosiologiya İnstitutu;

2.9. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;

2.10. Qafqazşünaslıq İnstitutu;

2.11. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

2.12. Lənkəran Regional Elmi Mərkəzi;

2.13. Şəki Regional Elmi Mərkəzi;

2.14. Mərkəzi Elmi Kitabxana;

2.15. “Elm” Nəşriyyatı.

Naxçıvan bölməsi:

2.16. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;

2.17. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;

2.18. Əlyazmalar Fondu; Gəncə bölməsi:

2.19. Humanitar Tədqiqatlar İnstitutu;

2.20. Diyarşünaslıq İnstitutu;

2.21. Nizami Gəncəvi Mərkəzi.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə:

3.1. Milli Onkologiya Mərkəzi;

3.2. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi;

3.3. Milli Hematologiya və Transfuziologiya Mərkəzi;

3.4. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;

3.5. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi;

3.6. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

3.7. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu;

3.8. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;

3.9. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;

3.10. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;

3.11. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;

3.12. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə:

4.1. “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxs;

4.2. “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs;

4.3. Baytarlıq Elmi-Tədqiqat İnstitutu;

4.4. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu;

4.5. Əkinçilik Elmi-Tədqiqat İnstitutu;

4.6. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu;

4.7. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu;

4.8. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu.

5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi üzrə:

5.1. Milli Aerokosmik Agentliyi.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə:

6.1. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə:

7.1. Məhkəmə Ekspertizası Mərkəzi.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə:

8.1. Maliyyə Elm-Tədris Mərkəzi.

9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə:

9.1. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;

9.2. Milli Azərbaycan Tarixi Muzeyi;

9.3. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;

9.4. Hüseyn Cavidin Ev Muzeyi.

10. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə:

10.1. Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi.

11. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs üzrə:

11.1. “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs

Oxşar xəbərlər