"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər təsdiqləndi


  • 13 May 16:20

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.

E-huquq.az-ın məlumatına görə, dəyişikliyə əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Oxşar xəbərlər