- 20:26
İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov martın 5-i İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.
İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və Azərbaycana həmrəy olduğunu bildirib
***
18:42
İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri sosial media hesabında paylaşım edib.
Telefon danışığı zamanı İsrail tərəfi İranın Azərbaycana qarşı açıq və məqsədli təcavüzünü qınayıb.
“İranın Azərbaycana və regionun digər ölkələrinə qarşı təcavüzü tamamilə qəbuledilməzdir və bir daha göstərir ki, İran rejimi cilovsuz siyasət yürüdür”,- paylaşımda qeyd olunub.
Nazir vurğulayıb ki, İsrail qarşıya qoyulan məqsədlərə nail olunana qədər hərbi əməliyyatları davam etdirməkdə qətiyyətlidir.