Qazaxıstan Prezidenti İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pislədi


  • 20:32

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvan şəhərindəki hava limanına pilotsuz uçuş aparatlarının hücumuna münasibət bildirib.

E-huquq.az xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov deyib ki, Kasım-Jomart Tokayev qardaş, müttəfiq Azərbaycana qarşı bu aktı qətiyyətlə pisləyir.

“Eyni zamanda, dövlət başçısı hadisənin İranla birgə hərtərəfli araşdırılmasına, eləcə də regionda gərginliyin artmaması üçün münaqişə vəziyyətinin diplomatik vasitələrlə həllinə ümidvar olduğunu bildirib”, - Aybek Smadiyarov vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Oxşar xəbərlər