- 20:04
Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin fotosunu paylaşıb.
E-huquq.az xəbər verir ki, Prezidentin köməkçisinin paylaşımında “Azərbaycan–Aİ tərəfdaşlığı – yeni üfüqlərə doğru” sözləri qeyd edilib.