Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb


  • 15 May 19:36

Slovakiyanın Baş naziri Robert Fikoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram.

E-huquq.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" səhifəsindəki paylaşımında yer alıb.

Dövlət başçısı slovakiyalı nazirə tezliklə sağalmağı diləyib.

Qeyd edək ki, mayın 15-də Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.

Oxşar xəbərlər