- 23:49
"Səfirliyimizin fəaliyyətinin yeni ünvanda bərpası ilə xidmətimizi davam etdirmək üçün bu gün Tehrana qayıtdıq."
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz şəxsi "Facebook" hesabında yazıb.
"İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.", - deyə səfir bildirib.