Sabah Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq


  • 29 Noyabr 2021 18:40

Sabah Azərbaycanın bir rayonunun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə e-huquq.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

Oxşar xəbərlər