- 22 Sentyabr 17:39
Azərbaycan məktəblərinin 91 faizi internetə qoşulub.
E-huquq.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Şərq tərəfdaşlığının elektron infrastrukturlar üzrə 5-ci konfransı zamanı deyib.
Onun sözlərinə görə, 2015-ci ildə bu göstərici 47 faizi təşkil edirdi, 2000-ci illərin əvvəllərində isə mindən çox şagirdə bir kompüter düşürdü.
"Bu gün dünyada 4,5 milyard nəfərin internetə çıxışı var, elektron qurğuların sayı isə 35 milyardı ötür. 2035-ci ilədək bu rəqəmin 75 milyarda çatacağı gözlənilir", - deyə o bildirib.
Nazir müavini bildirib ki, Azərbaycanın 21 təhsil müəssisəsi Avropa tədris platformalarına çıxış imkanlarına malikdir və gələcəkdə bu say artırıla bilər.