"Qərbin bəzi ölkələrində itmiş yaxud məhv olmuş ailə dəyərlərinin gender bərabərliyi adı altında kütləvi idxalına rəvac verilməməlidir"


  • 24 May 16:11

"Tərbiyə məsələsində həlledici fiqur qadındır. Bu mənada gender bərabərliyi təbliğatı elə aparılmalıdır ki, hər şeydən öncə milli ənənə və qərb dəyərləri arasında balans qorunsun".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

"Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən dövlət qurumunun bu sahədə fəaliyyəti kifayət qədər aydındır, lakin, ictimai sektorda bu fəaliyyət Avropalı qadın obrazı yaratmağa yönəlməməli və Qərbin bəzi ölkələrində itmiş yaxud məhv olmuş ailə dəyərlərinin gender bərabərliyi adı altında kütləvi idxalına rəvac verilməməlidir", - deyə o bildirib.

"Hamımız yaxşı xatırlayırıq, möhtərəm Prezident fevralın 14-də andiçmə mərasimindəki tarixi çıxışında bəyan etmişdi ki, "Biz, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar". Ən azı ötən 3 illik period göstərir ki, bu qüvvələr hərbi-siyasi yolla nəyəsə nail ola bilmirlər, ona görə də hədəf milli və ailə dəyərlərimizidir. İndi biz də öz növbəmizdə dövlət başçısının dediyi kimi "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın", - deyə deputat əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər