Baş Prokurorluq: "Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub"


  • 24 Oktyabr 17:30

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub.

Baş Prokurorluqdan e-huquq.az-a verilən məlumata görə, raket və ağır artilleriya hücumları nəticəsində 138 nəfər yaralanıb.

Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Oxşar xəbərlər