Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşdü


  • 28 Oktyabr 2021 18:48

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 28-də Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.

Nazirlər Kabinetindən e-huquq.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.

Oxşar xəbərlər