Daxili Qoşunların hərbi qulluqçuları Füzulidə minaya düşdü


  • 28 Noyabr 2021 14:59

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları Füzulidə minaya düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, hadisə Şukürbəyli kəndində baş verib.

Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər