İlin ilk Ay tutulması baş verib


  • 16 May 2022 08:56

İlin ilk Ay tutulması hadisəsi başa çatıb.

E-huquq.az xəbər verir ki, təbii hadisə saat 07:29-da başlayıb, saat 08:53-də sona çatıb. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınıb.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilməyib.

Oxşar xəbərlər