Bakıda psixologiya mərkəzi vətəndaşların hüquqlarını pozmaqda günahlandırılır


  • 30 Yanvar 2023 11:12

"Buratino Psixoloji Mərkəz" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsnin 447.0.9-cu (qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, mərkəz dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə

Oxşar xəbərlər