Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO


  • 4 Mart 09:08

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar. E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər