Hakim Adilə Paşayevanın səlahiyyətlərinə xitam verildi


  • 18:17

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın səlahiyyətlərinə xitam verilib.

E-huquq.az xəbər verir ki, A.Paşayeva ölkədən kənara köçməyi planlaşdırdığı üçün vəzifəsini tərk etmək barədə ərizə ilə müraciət edib. Məhkəmə-Hüquq Şurası onun ərizəsinə baxaraq təsdiqləyib.

Qeyd edək ki, Adilə Paşayeva eyni zamanda Sabunçu Rayon Məhkəməsində spiker hakim funksiyasını da yerinə yetirirdi.

Oxşar xəbərlər