Türkiyədə dəhşətli qətl hadisəsi: bacı və qardaşın əllərini qandallayıb bıçaqladı


  • 7 May 11:19

Türkiyənin Sivas şəhərində dəhşətli qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, Sivasın Kılavuz məhəlləsində yerləşən yaşayış binasındakı mənzillərin birində 22 və 16 yaşlı iki şəxsin cəsədi tapılıb.

Hadisə yerinə təcili yardım, polis və xilasetmə qrupları sövq edilib.

Ölən şəxslərin əllərinin plastik qandallarla arxadan bağlandığı müəyyən edilib.

Onların boğazlarından aldığı bıçaq zərbəsi nəticəsində həyatını itirdikləri müəyyən edilib.

Təhlükəsizlik kameralarını araşdıran polis qrupları mənzilə maska, gün eynəyi və papaq ilə girən şübhəli şəxsin bir müddət sonra binanı tərk etdiyini müəyyən edib.

Polis qrupları qətli törətməkdə şübhəli bilinən şəxsin tutulması üçün əməliyyata başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər