Xətai rayonunda obyektdə yanğın söndürüldü - YENİLƏNDİ


  • 1 Avqust 20:08

Bakının Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.

***

17.54

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər