Alimlər "Metabot" adlı yeni robot-material hazırlayıblar


  • 16 May 16:00

ABŞ-ın Prinston Universitetinin mühəndisləri motor və daxili dişli sistemləri olmadan genişlənə bilən, forma dəyişdirə bilən, hərəkət edə bilən və elektromaqnit komandalarına cavab verə bilən yeni bir material yaraddılar. Bu yeni struktur "Metabot" adlandırılıb.

E-huquq.az xəbər verir ki, "Nature" jurnalında yayımlanan tədqiqata görə, bu yeni material origami sənətindən ilham alaraq hazırlanıb.

Tədqiqatın rəhbəri Glausio Paulino bildirib ki, bir materialla robot arasında çevrilmə mümkündür və bu çevrilmə xarici maqnit sahəsi ilə idarə edilə bilir.

Tədqiqatçıların dediyinə görə, "Metabot"adı verilən bu struktur, xüsusi hazırlanmış maqnit birləşmələri və sadə plastiklərin qarışığından yaranıb.

Xarici maqnit sahəsi ilə bu materialın formasını dəyişdirmək, hərəkət etdirmək və müxtəlif istiqamətlərdə bükülməsini təmin etmək mümkündür.

"Metabot", biri digərinin simmetrik əksinə bənzəyən modullardan ibarət olan modulyar bir quruluşdur. Bu simmetrik dizayn, materialın bükülməsi, daralması və dönməsi kimi mürəkkəb hərəkətləri etməsinə imkan verir.

Tədqiqatçılar, bu texnologiyanın gələcəkdə tibb sahəsində dərman daşıyan mikro robotlar, cərrahiyyə əməliyyatlarında köməkçi robotlar və ya enerji udma strukturları kimi bir çox sahədə istifadə edilə biləcəyini qeyd edirlər.

Bundan əlavə, "Metabot"un səth temperaturunu dəyişdirərək istilik tənzimləməsi edə bilməsi də sübut edilib.

"Metabot"un diqqət çəkən digər bir xüsusiyyəti də fizika qaydalarına uyğun olmayan davranışlar sərgiləməsidir.

Məsələn, normalda bir obyekt saat istiqamətində döndükdən sonra tərs istiqamətdə döndürülərsə, başlanğıc vəziyyətinə qayıdar. Lakin "Metabot" bəzi hallarda bu dövrəyə uyğun gəlməyərək fərqli nəticələr verə bilir. Bu, mühəndislik və iqtisadiyyat sahələrində müşahidə olunan histerezis (gecikmiş reaksiya) fenomenini fiziki olaraq model etməyə imkan verir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər