- 10:37
Rusiya və Ukrayna əsir mübadiləsinə hazırlıq istiqamətində geniş işlər aparır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyada insan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova jurnalistlərə məlumat verib.
“Pasxa bayramı ərəfəsində bu gün əsir mübadiləsinə hazırlıq üçün geniş işlər görülür”, - deyə o bildirib.
Moskalkova əlavə edib ki, Pasxa öncəsi Ukrayna tərəfi ilə hərbi əsirlərin də bu bayramı hiss edə bilməsi üçün mümkün olan hər şeyin edilməsi barədə razılıq əldə olunub: “Həm Rusiyada, həm də Ukraynada hərbi əsirlərə kulıç veriləcək və onların keşişlə görüşməsi üçün imkan yaradılacaq”.
Humay Eminqızı