- 21:57
Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib.
E-huquq.az xəbər verir ki, bu, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında memorandumdur. ABŞ Prezidenti tərəfindən imzalanmış həmin xatirə nüsxəsində Azərbaycan dövlət başçısına öz xətti ilə yazılaraq ünvanlanmış səmimi müraciət yer alıb.