Yaponiyada "Dolfin" tayfununa görə bəzi uçuşlar ləğv edilib


  • 16:42

Yaponiyanın Okinava adasının şimalında "Dolfin" tayfununun sürəti saatda 144 kilometrə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bazar gününədək Okinava bölgəsində güclü külək, şiddətli yağış və yüksək dalğaların müşahidə olunacağı gözlənilir.

Sakinlərə evlərindən çıxmamaları tövsiyə edilib.

Rəsmilər bildiriblər ki, yaşı 70-dən yuxarı olan 3 nəfər tayfunun yaratdığı güclü küləyin səbəb olduğu qəzalar nəticəsində yüngül xəsarət alıb.

240 nəfər təxliyə mərkəzlərinə sığınıb.

Hava şəraiti ilə əlaqədar “Naha Hava Limanı” cümə günü fəaliyyətini dayandırıb. Bütün daxili və beynəlxalq reyslər ləğv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər