- 14:16
Türkiyənin İstanbul şəhərində İŞİD və Əl-Qaidə terror təşkilatları ilə əlaqəli olduğu bildirilən şəxslərə qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber2ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi tərəfindən terrorizmin maliyyələşdirilməsi ilə bağlı araşdırma aparılıb.
Araşdırma çərçivəsində münaqişə zonaları ilə əlaqəsi və İŞİD və Əl-Qaidə ilə bağlı şəxslərlə təması olduğu müəyyən edilən şübhəlilərin kimliyi və ünvanları müəyyənləşdirilib.
Müəyyənləşdirilən ünvanlara keçirilən əməliyyatlar nəticəsində 14 şübhəli saxlanılıb. Əməliyyat zamanı çoxsaylı rəqəmsal material da müsadirə edilib.
Saxlanılan şəxslər barələrində araşdırma aparılması üçün polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə